Azərbaycanda “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası” təsdiqlənib

Azərbaycanda “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası” təsdiqlənib
10:23 6 Yanvar 2016
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası” təsdiq edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dövlət büdcəsinin vəsaiti hesabına heyvan sahiblərinə subsidiyanın verilməsində əsas meyar heyvanların süni yolla mayalandırılması nəticəsində buzovların əldə olunmasıdır.

Süni mayalandırmaya görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Süni yolla mayalandırılmış heyvanda döllənmə baş tutmadıqda, təkrar aparılmış süni mayalandırmaya görə heyvan sahibi tərəfindən mütəxəssisə yalnız heyvan toxumunun dəyəri ödənilir.

Heyvan süni mayalandırıldıqdan sonra dərhal, buzov isə doğulduqdan 10 (on) gün sonra, lakin 15 gündən gec olmayaraq mütəxəssis tərəfindən birka vasitəsilə identikləşdirilir və uçota alınır.

Süni yolla mayalandırılmış heyvan əkiz və ya üçəm doğduqda, hər bir buzov ayrı-ayrılıqda uçota alınır, birkalanır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR