Azərbaycan yığması Bolqarıstana qarşı

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.

Metbuat.az-ın məlumatına görə, yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək Azərbaycan - Bolqarıstan futbol oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnir

17:30. Azərbaycan U-17 - Bolqarıstan U-19

Sankt-Peterburq, Peterburqski İdman-Konsert Kompleksi

Millimiz turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR