SOCAR Rusiya limanından neft ixracını artırdı

SOCAR Rusiya limanından neft ixracını artırdı
10:42 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci il ərzində Novorossiysk limanından 1 milyon 270 min 108 ton neft ixrac edilib. Bu da ötən illə müqayisədə 36% çoxdur. 

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) oxu.az-a bildirilib. 

Qeyd edək ki, şirkət 2015-ci ilin oktyabr, iyun ayında Novorossiysk limanından neft yola salmayıb.

"SOCAR 2015-ci ilin dekabr ayında Supsa limanından 253 min 506 ton, Ceyhan limanından 1 milyon 852 min 763 ton xam neft ixrac edib. Ümumilikdə yanvar-dekabr ayları ərzində Supsa limanından 2 milyon 794 min 905 ton, Ceyhan limanından isə 17 milyon 931 min 458 ton xam neft ixrac edilib", - deyə şirkətdən qeyd edilib. 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.   

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/395564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR