Azərbaycanlı iş adamı Türkiyədə soyuldu

Azərbaycanlı iş adamı Türkiyədə soyuldu
10:47 6 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə azərbaycanlı iş adamına qarşı soyğunçuluq hadisəsi baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, azərbaycanlı biznesmen Bəxtiyar Muradova aid, içində "Qalatasaray" klubunun rəsmi satış mağazasının iki günlük qazancı, bir miqdar qızıl və xüsusi əşyalarının olduğu çanta rəhbəri olduğu restoranda oğurlanıb.

Bəxtiyar Muradovun əl çantası işlətdiyi kafedə, masalardan birinin üstündən oğurlanıb. Çantanın içərisində 5273 manat pul, 10546 manat dəyərində qızıl zinət əşyaları olub. 

"İş yerində axtardıq, personaldan soruşdum. Hamı görmədiyini deyir. Çantanı gətirməmiş ola biləcəyimi düşündüm. Sonra kamera qeydlərinə baxdıq. Çantanın oğurlandığını o zaman anladım", - deyə biznesmen bildirir. 

Bəxtiyar Muradov, çantada olan yaddaş kartında vəfat edən ailə üzvlərinin əhəmiyyətli fotoşəkilləri ilə "Qalatasaray" mağazasına məxsus məlumatların olduğunu qeyd edib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR