Nizami Kino Mərkəzi yeni ili "Dəlibal" filminin möhtəşəm qala-gecəsi ilə açacaq

Nizami Kino Mərkəzi yeni ili "Dəlibal" filminin möhtəşəm qala-gecəsi ilə açacaq
10:52 6 Yanvar 2016
112 Digər
Ölkə mətbuatı
A- A+

Milli və xarici  filmlərin  qala-gecələrinin   nömrə № 1 məkanında yanvarın  07-də AF Media şirkətinin təqdim etdiyi  "Delibal" türk filminin baş qəhrəmanları Çağatay Ulusoy, Leyla Lidia Tuğutlu, rejissor Ali Bilgin və yaradıcı qrupun digər üzvləri Nizami Kino Mərkəzinin qırmızı xalısından keçmək üçün Bakıya gələcəklər.

Romantik dram janrında çəkilmiş bu film universitet tələbələri olan Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir. Memarlıq fakültəsində təhsil alan və boş vaxtında  musiqi ifası ilə həyatın dadını çıxaran  Barış Füsunu gördüyü anda ona aşiq olur. Adını belə bilmədiyi qızı tapıb eşqini anlatmaq bir yana, ağlında universiteti dərəcə ilə bitirib Amerikada təhsilini davam etmək istəyi olan Füsunu bu eşqə inandırmaq da var. Yaraşıqlı və  ağıllı olan Barış sonunda bunu etməyi bacarır. O, Füsunu özünə aşiq edir və onlar evlənirlər. Hər şey nağıllarda olduğu kimidir o nağıl pozulmayana qədər...

Filmin rejissoru Ali Bilgin, ssenari müəllifi Yıldırım Türkerdir. Yaş həddi: 12+

Filmdə rollara həmçinin Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal və  Toprak Sağlam çəkiliblər.           

Filmi izlədikdən sonra qonaqlar  media üçün mətbuat konfransı keçirəcəklər.

Tamaşaçıların  uzun müddət yaddaşında qalacaq  qala-gecəsi  haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Qala-gecənin informasiya dəstəyi Day.Az, Trend, Milli.Az saytlarıdır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/395592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR