2015-ci ildə gömrük orqanları 1,6 milyard manata yaxın gömrük vergi və rüsumları toplayıb

2015-ci ildə gömrük orqanları 1,6 milyard manata yaxın gömrük vergi və rüsumları toplayıb
11:03 6 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
2015-ci il üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib. İlkin məlumata görə, il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulan 1 milyard 590 milyon manat proqnoza qarşı, 1 milyard 591,14 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 100,07 faiz yerinə yetirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu rəqəm 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,4 milyon manat və ya 5,3 faiz çoxdur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_ilde_gomruk_orqanlari_16_milyard_manata_yaxin_gomruk_vergi_ve_rusumlari_toplayib-916335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR