"AtaBank"dan "İnanılmaz təkliflər" kampaniyası

"AtaBank"dan "İnanılmaz təkliflər" kampaniyası
11:18 6 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
"AtaBank" ASC müştəriləri üçün "İnanılmaz təkliflər" kampaniyasına start verib. Bank müştərilərini Dubaydakı 21-ci alış-veriş festivalına dəvət edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində "AtaBank"ın "Visa" kart sahibləri restoran, mehmanxana və ya geyim mağazalarında bir çox xüsusi təklif və endirimlərdən istifadə etmək imkanı əldə edəcəklər.
Kampaniya fevralın 1-dək davam edəcək. Təkliflər gündəlik olaraq qeydiyyatdan keçmiş müştərilərə təqdim etdikləri SMS nömrəsi və e-poçt vasitəsilə açıqlanacaq.
Bank, həmçinin müştərilərinin rahatlığı üçün Visa "Explore" mobil proqramını hazırlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR