​Cənubi Koreya kəşfiyyatı: Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi şübhə doğurur

​Cənubi Koreya kəşfiyyatı: Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi şübhə doğurur
11:22 6 Yanvar 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Cənubi Koreya kəşfiyyatı yeraltı təkanların yetərincə olmadığından Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsinə şübhə ilə yanaşıb.
"Report" xəbər verir ki, bu haqda Cənubi Koreyanın "Yonhapnews" agentliyi məlumat yayıb.
"Şimali Koreya hidrogen bombasından danışır, ancaq yeraltı təkanların ölçüləri bunun mümkün olmadığını göstərir. 2013-cü ildə üçüncü nüvə sınağı zamanı yeraltı təkanlar 7,9 kiloton və ya 4,9 bal ekvivalentində olmuşdu. Bu dəfə isə 6 kiloton, yaxud 4,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb", - deyə Cənubi Koreyanın kəşfiyyatı bildirib.
Məlumata görə, hidrogen bombası bir neçə yüz ton, hətta uğursuz sınaqda belə onlarla ton gücündə olur.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/cenubi-koreya-kesfiyyati-simali-koreyanin-hidrogen-bombasini-sinaqdan-kecirmesi-subhe-dogurur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR