Şaxta Şamaxı sakininin həyatına son qoydu

Şaxta Şamaxı sakininin həyatına son qoydu
11:22 6 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxı rayon sakini gecə şaxtalı havada donaraq ölüb. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Elyayev Mixail Vladimiroviç ötən gecə qardaşı ilə spirtli içki qəbul edərək küçəyə çıxıb və qarlı-şaxtalı havada ayağı sürüşərək yıxılıb. Evə qayıda bilməyən Mixail Elyayev küçədə soyuqdan donaraq ölüb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR