AMEA-nın Naxçıvan Bölməsinin sədri: "Keçən il 6 əlyazma əldə etmişik"

11:27 6 Yanvar 2016
15 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bunu AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.
O xatırladıb ki, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiya hazırlanıb və 2016-cı ilin nəşr planına daxil edilib: "Naxçıvan xanlığı ilə bağlı tədqiqat işləri davam edir. XX əsrin əvvəllərində Nax- çıvan diyarının ictimai-siyasi vəziyyəti araşdırılır, Araz-Türk Respublikasının tarixi ilə bağlı kitab üzərində işlənilir. Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi inkişaf yolu, qəbul edilmiş konstitusiyalar, müstəqillik illərindəki inkişaf istiqamətində tədqiqatlar aparılır".
İ.Hacıyev Naxçıvanda aparılan arxeoloji qazıntılar barəsində də məlumat verib.
O, bildirib ki, 2015-ci ildə Naxçıvan ərazsində arxeoloji qazıntılar I Kültəpə, Qızqala, Xarabagilan, Şorsu, Zirinclik abidələrində aparılıb: "I Kültəpə abidəsində vaxtı ilə qazıntılar aparılıb və bu abidənin e.ə. VI minilliyə aid olduğu göstərilib. I Kültəpə Cənubi Qafqazda Neolit və Eneolit mədəniyyətinin ən qədim abidələrindən biridir. 2013-2014-cü illərdə, xüsusilə 2015-ci ildə burada aparılan tədqiqatlar abidənin e.ə. VII minilliyə aid olmasını sübut edib. Bu faktın özü I Kültəpə abidəsinin Neolit dövrünə aid olduğunu təsdiq edir. İkinci bir tarixi fakt Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən Qızqala yaşayış yerində aparılan araşdırmalar zamanı dəqiqləşdiririlib. Orta Tunc dövrünə (e.ə.III-II minillik) aid olan Qızqala yaşayış yerindən boyalı qablar aşkar edilib və bunlar Orta Tunc dövrü mədəniyyətinin Naxçıvanla bağlı olduğunu sübuta yetirib. Qızqala yaşayış yerində müdafiə divarları aşkar edilib ki, bu da Orta Tunc dövründə Naxçıvanda hərbi potensiala malik olan tayfaların yerləşdiyini təsdiqləyir. Arxeoloqların fikrincə, Qızqala Naxçıvanda I Kültəpə, II Kültəpə və Qızılburundan sonra dördüncü mühüm abidədir".
İ.Hacıyev onu da əlavə edib ki, 2015-ci ildə 6 əlyazma əldə olunub.
Onun sözlərinə görə, son illərdə əldə olunan qədim kitablar və əlyazmalar hesabına bölmədə 457 belə materiallar qorunur və tədqiq olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/naxcivanin-tarixinin-amea-nin-naxcivan-bolmesi-neticesinde-ortaya-cixan-faktlar-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR