Amansızlıqla öldürülən qızıl satan qadın məşhur avtoritetin adamı olub

Amansızlıqla öldürülən qızıl satan qadın məşhur avtoritetin adamı olub
11:37 6 Yanvar 2016
338 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda amansızlıqla qətlə yetirilən sahibkar qadının məşhur avtoritetlə əlaqələrinin olduğu üzə çıxıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, öldürülən "Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm Namədzadə "Atbaş" ləqəbi ilə tanınan avtoritet İlqar Cəbrayılovun yaxın adamı olub.

2012-ci ilə qədər İ.Cəbrayılov M.Namədzadənin himayəçisi kimi tanınıb. Məşhur avtoritet "Ded Xasan" klanının tanınmış azərbaycanlı üzvü olub.
 
O, Aslan Usoyanın mühafizəsinə cavabdeh idi. Həmçinin, klanda azərbaycanlılardan ibarət qruplaşmaya məsul şəxs təyin olunmuşdu.
 
2012-ci ildə "Ded Xasan"ın qətlindən bir neçə ay sonra "Atbaş" da öldürülüb. 52 yaşlı İ.Cəbrayılov Moskvanın "Presnenskiy val" adlanan ərazisində qətlə yetirilib. 
 
Moskva İstintaq Komitəsinin məlumatında ölən şəxsin adı İlqar Əliyev kimi göstərilib. Ehtimal olunur ki, hadisə baş verən yerdə axtarış apararkən Cəbrayılovun istifadə etdiyi bu soyadla yazılan sənəd tapılıb. O, Bakıdakı Yasamal qəbristanlığında dəfn olunub. 
 
Mərhum iş adamı şou-biznes nümayəndələrinə yaxınlığı ilə də tanınıb. 
 
Qeyd edək ki, M.Namədzadə paytaxtın Nəsimi rayonu ərazisində, Feyzulla Qasımzadə küçəsində yaşadığı evdə qətlə yetirilib. Evə soxulan şəxslər ona 43 bıçaq zərbəsi vurublar. 

Faktla bağlı cinayət işi başlanılıb. Hələlik saxlanılan yoxdur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/395610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR