SOCAR ötən il 104 min metrdən çox qazma işi həyata keçirib

11:37 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən il görülən qazma işləri 2014-cü ildəkindən 18% az olub.
Ötən il aparılan qazma işlərinin 103 411 metri istismara, qalanı isə kəşfiyyata aid olub. 2015-ci il ərzində görülən qazma işlərinin 6 686 metri dekabr ayı ərzində həyata keçirilib. Dekabrda görülmüş işlərin hamısı istismara aid olub. Ötən ilin dekabr ayında görülmüş qazma işləri əvvəlki ilin dekabr ayından 21% az olub.
Ötən ay ərzində qazmadan alınmış 10, 2015-ci il ərzində isə 73 yeni quyu tikinti işləri başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-oten-il-104-min-metrden-cox-qazma-isi-heyata-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR