Zidan dostunu köməkçi götürdü

Zidan dostunu köməkçi götürdü
11:37 6 Yanvar 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid" klubuna baş məşqçi təyin olunan Zinəddin Zidanın ilk köməkçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, fransalının "Kastilya"da birgə çalışdığı David Bettonidir.
As nəşrinin iddiasına əsasən, klub prezidenti Florentino Peres Zidana etibar edəcəyi adamı köməkçi götürməyi tapşırıb. 43 yaşlı mütəxəssisin isə seçimi Bettoni olub. Digər köməkçiləri isə rəhbərlik təyin edəcək.
Xatırladaq ki, Zidan və Bettoni "Kastilya"da birgə çalışmaqdan əlavə, 1990-cı ildə Almaniyanın "Kann" klubunda forma geyiniblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR