Nobel prospektində yaranan tıxacın səbəbi məlum olub

Nobel prospektində yaranan tıxacın səbəbi məlum olub
11:37 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonu, Nobel prospektində dördzolaqlı avtomobil yolunun iki zolağında hərəkətin məhdudlaşdırılmasının səbəbləri məlum olub. "Report"un əldə etdiyi məlumata görə, ərazidə "Ağ Şəhər" layihəsi çərçivəsində yerin altı ilə yüksəkgərginlikli elektrik xətti çəkilir.
Məlumata görə, hazırda elektrik xətti çəkilən hissədə yol yatağı bərkidilir, daha sonra isə asfaltlanma işləri aparılacaq. Təxminən 3 km hissədə aparılan işlərin yaxın günlərdə yükunlaşdırılması nəzərdə tutulub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR