SOFAZ Milanda daşınmaz əmlak alır

SOFAZ Milanda daşınmaz əmlak alır
11:43 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) Birləşmiş Ərəb Əmirlikləri və Qətərin suveren fondları ilə birlikdə İtaliyanın Milan şəhərində daşınmaz əmlakın alınmasına 380 milyon dollar (350 milyon avro) yatırılması ilə bağlı razılıq əldə edib.

Trend-in məlumatına görə, bu barədə "Wall Street Journal" danışıqlara yaxın mənbəyə istinadən xəbər verir.

Suveren fondlar 3 müxtəlif obyekt əldə edəcək.

Məlumatda deyilir ki, SOFAZ italyan Ticarət Palatasının binasının əldə edilməsinə investisiya qoymağa hazırlaşır: "Əbu-Dabi investisiya fondu 1960-cı illərdə inşa edilən binanı alacaq. Bina sökülərək yenidən tikiləcək. Qətərin fondu isə "BNP Paribas S.A."ya məxsus obyekti əldə etməkdə razılıq əldə edib".

Razılaşmaların dəyəri ayrı-ayrılıqda açıqlanmır. 380 milyon dollar məbləğinə 3 obyektin yenidən təchiz edilməsi də daxildir. Obyektlər İtaliyanın "Coima SGR" şirkəti tərəfindən idarə olunacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2477131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR