"Azdrama"ya yeni direktor təyin olundu (FOTO)

"Azdrama"ya yeni direktor təyin olundu (FOTO)
11:56 6 Yanvar 2016
17 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə yeni təyinat olub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qərarı ilə xalq artisti Azərpaşa Nemət Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.

ANS PRESS-in məlumatına görə, Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı ilə iclas olub.


Azərpaşa Zəfər oğlu Nemət

Azərpaşa Zəfər oğlu Nemət 1947-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru olub.

1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır (1985). Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.

O, bu postda İsrafil İsrafilovu əvəz edəcək. O, 2010 - 2015-ci illərdə teatr direktoru vəzifəsini icra edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR