"Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi şübhə doğurur"

"Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi şübhə doğurur"
11:57 6 Yanvar 2016
9 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya kəşfiyyatı yeraltı təkanların yetərincə olmadığından Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsinə şübhə ilə yanaşıb.

Milli.Az Report-a istinadən bildirir ki, bu haqda Cənubi Koreyanın "Yonhapnews" agentliyi məlumat yayıb.

"Şimali Koreya hidrogen bombasından danışır, ancaq yeraltı təkanların ölçüləri bunun mümkün olmadığını göstərir. 2013-cü ildə üçüncü nüvə sınağı zamanı yeraltı təkanlar 7,9 kiloton və ya 4,9 bal ekvivalentində olmuşdu. Bu dəfə isə 6 kiloton, yaxud 4,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb", - deyə Cənubi Koreyanın kəşfiyyatı bildirib.
Məlumata görə, hidrogen bombası bir neçə yüz ton, hətta uğursuz sınaqda belə onlarla ton gücündə olur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR