2015-ci ildə nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1155 manat təşkil edib

2015-ci ildə nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1155 manat təşkil edib
12:03 6 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
2015-ci il ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 18 673 sığorta tələbi üzrə 22,7 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilib.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a verilən məlumata görə, 2014-cü il ilə müqayisədə sığorta tələblərinin sayında 10 faiz, sığorta ödənişlərinin məbləğində isə 15 faiz azalma müşahidə edilib.
2015-ci ildə nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1155 manat təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR