“Qız qalası” yenidən səhnədə

“Qız qalası” yenidən səhnədə
12:03 6 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq Artisti Əfrasiyab Bədəlbəylinin ikipərdəli “Qız qalası” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, milli balet sənətimizin ilk nümunəsi olan “Qız qalası” artıq 75 ildir Azərbaycan səhnəsindədir və hər zaman tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Tamaşada əsas rolları Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Nigar İbrahimova, Tamilla Məmmədzadə, teatrın aparıcı solistləri Makar Ferştandt, Yelena Veremeyenko, Larisa Semyonova ifa edəcəklər.
Səhnə əsərinin bədii rəhbəri və musiqi tərtibatçısı Xalq Artisti, professor Cavanşir Cəfərov, quruluşçu baletmeysteri Xalq Artisti Qəmər Almaszadə, quruluşçu rəssamı isə Əməkdar İncəsənət Xadimi Əyyub Fətəliyevdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qiz_qalasi_yeniden_sehnede-916355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR