Dünyanın ən böyük sapfiri tapılıb (FOTO)

Dünyanın ən böyük sapfiri tapılıb (FOTO)
12:16 6 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Şri-Lankada dünyanın ən böyük mavi sapfiri tapılıb.

ANS PRESS-in məlumatına görə, çəkisi 1404.49 karat olan sapfir 175 milyon dollar dəyərində qiymətləndirilir. Qiymətli daşa “Adam Ulduzu” adı verilib.

Hələ ötən ilin avqustunda Ratnapura əyalətində tapılan, sapfirin sahibi adını və ona qədər vəsait ödədiyini anonim saxlayır.


Dünyanın ən böyük mavi sapfiri


“Əvəzsiz muzey eksponatı olan, bu qiymətli daş o qədər böyükdür ki, zinyət əşyaları üçün nəzərdə tutulan heç bir çərçivəyə sığmır” -deyə sapfirin sahibi bildirib.

“Parlaq sapfirlər” növünə aid olan bu daş, müəyyən emal proseslərindən sonra daha da parlaq olur ki, bu da onun daha da dəyərli olduğunu göstərir.


Şri Lanka Ratnapura


Daha bir qiymətli daş 2015-ci ilin noyabrında tapılıb. Bu XIX əsrin ən böyük almazı hesab olunur. Botsvanada çıxarılan almaz 111 karatdır. Almazın eni 6.5, hündürlüyü isə 5.6 sm-dir.

Dünyanın ən böyük almazı 1905-ci ildə Cənubi Afrikada tapılıb. Bu almaz 3106 karat idi. Bu almaz İngiltərə kral ailəsinə aiddir.


Son 100 ilin ən böyük almazı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR