Etibar Əsədov: Parisdə və Bakıda maraqlı konsert proqramları ilə çıxış etməyi planlaşdırıram

Etibar Əsədov: Parisdə və Bakıda maraqlı konsert proqramları ilə çıxış etməyi planlaşdırıram
12:23 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, Flora Şükürova, AZƏRTAC
Maraqlı layihələr üzərində işləyirəm. Yeni musiqilər yazmaq və albom buraxmaq fikrindəyəm. Parisdə və Bakıda maraqlı konsert proqramları ilə çıxış etməyi planlaşdırıram.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransada yaşayan azərbaycanlı pianoçu Etibar Əsədov deyib.
Bakıdakı Bülbül adına orta ixtisas musiqi məktəbində klassik piano təhsili alan musiqiçi uşaqlıqdan pianoya böyük maraq göstərdiyini bildirib. O, caza olan həvəsinin artmasında Vaqif Mustafazadənin kompozisiyalarının böyük rolu olduğunu söyləyib.
2008-ci ildən Bakı Beynəlxalq Caz festivallarında iştirak etməyə başlayan E. Əsədli Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində Ceyhun Allahverdiyevin sinfində təhsil alıb.
Gənc pianoçu konservatoriyada oxuduğu illərdə Avropanın bir çox ölkələrində konsertlər verdiyini, müxtəlif festivallarda və layihələrdə iştirak etdiyini vurğulayıb. O, deyib: "Bakıdan sonra təhsilimi Parisdə davam etdirməyə qərar verdim. Çünki Amerikada cazın mərkəzi Nyu-York hesab edilirsə, Avropada bu məkan Parisdir. Hazırda Parisdə həm konsertlər verirəm, həm də “EDY” adlı studiya açmışam. Bütün yaradıcı işlərimi burada görürəm və təhsilimi davam etdirməyə də hazırlaşıram",-deyə E. Əsədli əlavə edib.
“Sarı gəlin” mahnısının caz ilə sintezinə münasibət bildirən pianoçu qeyd edib ki, onun bu layihəsi uğurlu alınıb: “Zövqlər müxtəlifdir, hamı hər musiqini sevə bilməz. Amma çoxluq bu parçanı müsbət qiymətləndirir. Cəmiyyət inkişaf etdikcə janrlar da, musiqilər də dəyişir. Hər dövrün öz aranjemanı, öz baxışı, öz tərzi var. Yeniliyi olduğu kimi qəbul etmək lazımdır”.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Etibar_Asedov_Parisde_ve_Bakida_maraqli_konsert_proqramlari_ile_chixis_etmeyi_planlasdiriram-916361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR