Qoşatəpə sərhəd-keçid məntəqəsində həkim briqadası fəaliyyətə başlayıb

Qoşatəpə sərhəd-keçid məntəqəsində həkim briqadası fəaliyyətə başlayıb
12:48 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Biləsuvar, 6 yanvar , Mahir Babayev, AZƏRTAC
Türkiyənin Adana əyalətində H1N1 virusuna (donuz qripi) yoluxduğu ehtimal olunan 3 nəfərin həyatını itirməsi ölkəmizdə müvafiq qurumların əməkdaşlarını da narahat edib.
AZƏRATC xəbər verir ki, bununla bağlı Biləsuvar ərazisindəki Qoşatəpə sərhəd-keçid məntəqəsində xüsusi həkim briqadası yaradılıb. Məntəqədən keçən Türkiyəyə və digər dövlətlərə məxsus avtomobillər, sürücü və sərnişinlər həkimlər tərəfindən yoxlanılaraq dezinfeksiya olunduqdan sonra Azərbaycan ərazisinə buraxılır.
Vəziyyətin ciddiliyi nəzərə alınaraq ərazidə xüsusi qərargah yaradılıb, sahə baytar həkimlərindən ibarət növbətçilik təşkil olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qosatepe_serhed_kechid_menteqesinde_hekim_briqadasi_fealiyyete_baslayib-916368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR