​Neftin qiyməti 35 dollar/barelə yaxınlaşır

​Neftin qiyməti 35 dollar/barelə yaxınlaşır
12:52 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti bu gün 36 dollar/barel həddindən də aşağı enərək 35 dollar səviyyəsinə doğru hərəkət edir. Qeyd edək ki, bu qiymət 2004-ci ilin iyul ayından sonra ən minimal səviyyədir. "Report" xəbər verir ki, o zaman "Brent"in qiyməti 34,18 dollara qədər geriləmişdir. Sonradan baş verən artımdan sonra, 2008-ci ilin dekabrında 36,2 dollar/barelə qədər geriləyən "Brent" markalı neft bu gün həmin səviyyəyədən də aşağı enib və 35,7 dollara düşüb.
Qeyd etmək lazımdır ki, "Brent" markalı neft 2008-ci il iyul ayında maksimal səviyyədə - 147,5 dollar/bareldən satılıb. Hazırda isə "Brent"in qiyməti maksimal səviyyədən 112 dollar və ya 76% aşağı satılır. Yaxın perspektivdə neftin 23 dollar/barelə qədər ucuzlaşması mümkündür.
WTI markalı Texas nefti də hazırda "Brent"ə yaxın qiymətlə (35,5 dollar/barel) satılır. Texas markalı neftin qiyməti 2008-ci ilin dekabrında 32,4 dollar/barel olub, maksimal həddi isə 2008-ci ilin iyulunda (147,27 dollar/barel) olub. Hazırda WTI nefti maksimal həddən 112 dollar və ya 76% aşağı satılır. Bildirilir ki, neft 32,40 dollar səviyyəsindən aşağı düşəcəyi təqdirdə, Texas neftin qiymətinin 20 dollar/barelə qədər azalma ehtimalı yüksəkdir.
"Neftin qiymətinin azalması Çindən gələn mənfi iqtisadi göstəricilərlə bağlıdır. Çində istehsal sektorunda işgüzar fəallığın azalması yanvarın 4-də Çin fond birjalarının 7% düşməsi ilə nəticələnib. Neft qiymətləri də tələbin azalması təhlükəsi fonunda düşməyə başlayıb", - deyə "Report"un analitikləri vurğulayıb.
Beynəlxalq ekspertlər Çin iqtisadiyyatının 2016-cı ildə 5-6% artacağını ehtimal edirlər. Bu da neftin qiymətini 20-25 dollar/barelə qədər düşməsinə səbəb olacaq. Təbii ki, neftin qiymətinin azalmasına İran neftinin dünya bazarına çıxması da mənfi təsir göstərəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/neftin-qiymeti-35-dollar-barele-yaxinlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR