"Gözümü yumub pul xərcləmək istəmirəm"

"Gözümü yumub pul xərcləmək istəmirəm"
12:57 6 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Ceyhun Əliyev "Dünyamın sabahı" adlı mahnısına klip çəkdirir. 

Axşam.az-a açıqlama verən ifaçı ekran işinə özünün rejissorluq edəcəyini bildirib:

"Təəssüf ki, bəzi rejissorlar klipi maraqlı etməkdən daha çox, onun maliyyə tərəfini düşünürlər. Mənə maraqlı ssenari, çəkiliş təqdim olunsun ki, pul xərcləyim. İşə maliyyə tərəfdən yox, yaradıcı yöndən yanaşmaq lazımdır. Klipin mənası olmalıdır ki, uzun zaman insanların beyninə həkk oluna bilsin. Ona görə də qərara gəlmişəm ki, klipimi elə özüm çəkim. Maraqlı ideyalarım var.

Eyni zamanda hara gəldi, gözümü yumub pul xərcləmək istəmirəm. Maraqlı iş çıxara biləcəyimə əminəm. Vacib deyil ki, hansısa bahalı kamera ilə çəkim. Onsuz video "Youtube" kanalına yerləşdiriləndə keyfiyyət görünmür. Mənə kameradan öncə ideya önəmlidir, onu da ərsəyə gətirəcəm. Amma düşünməsinlər ki, Ceyhun rejissorluq eşqinə düşüb. Mən müğənniyəm. Sadəcə istədiyimi ala bilmədiyim üçün bu qərarı vermişəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/395637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR