Yeni il ərəfəsində xaricə üz tutanlar Azərbaycana "donuz qripi" gətirə bilərlər?

Yeni il ərəfəsində xaricə üz tutanlar Azərbaycana "donuz qripi" gətirə bilərlər?
13:05 6 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Aparılan analizlərin nəticələrinə görə, indiyədək Azərbaycanda "donuz qripi" virusu aşkarlanmayıb.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev bildirib.

R.Abdullayev Yeni il günlərində xaricə gedən vətəndaşların ölkəyə qayıtdıqdan bir müddət sonra onlarda bu xəstəliyin əlamətlərinin üzə çıxma ehtimalının olmadığını deyib.

Onun sözlərinə görə, ölkənin bütün sərhəd-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə xaricdən gələn insanlar yoxlanılır: "Əgər kimdəsə temperatur olursa, onlardan nümunə götürülür və bizə göndərilir. Biz də bunun nəticəsini dərhal veririk. Indiyədək heç bir müsbət hadisə olmayıb, cavabların hamısı mənfi olub, yəni heç bir virus aşkarlanmayıb".

R.Abdullayev onlara poliklinika və xəstəxanalardan da nümunələrin daxil olduğunu deyib: "Ümumiyyətlə, bizə mövsümi qriplə bağlı analizlər həmişə daxil olur. Xəstəxanalardan bizə daxil olan nümunələr yoxlanılır və virusun olub-olmamasının cavabı deyilir. "Donuz qripi" də mövsümi qrip kimidir, qorxulu deyil".

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi virusla əlaqədar hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlərin aparıldığını, sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlərin həyata keçirildiyini açıqlayıb.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı ilə əlaqədar 2015-ci il dekabrın 31-dən 2016-cı il yanvarın 5-dək Azərbaycanda qeyri-iş günləri olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR