Tibbi-Sosial Ekspert Komissiyaları ləğv edilir

Tibbi-Sosial Ekspert Komissiyaları ləğv edilir
13:11 6 Yanvar 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın rayonlarında fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) ləğv olunur.

ANS PRESS-in məlumatına görə, bunu mətbuat konfransında jurnalistlərə açıqlama verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, nazirlikdə bu istiqamətdə iş aparılır və ilkin əlilliyi tibbi-sosial ekspertiza mütəxəssislərdən ibarət səyyar komissiyalar təyin edəcək.

S. Müslümov deyib ki, ötən ilin sonu - dekabr ayında nazirlikdə səyyar komissiyaların yaradılması ilə bağlı qərar qəbul edilib. Bu komissiyalar regionlara səfər edərək vətəndaşların ilkin əlilliyi ilə bağlı müayinə aparacaqlar.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR