120 min borc 1200 uşağı dondurur

120 min borc 1200 uşağı dondurur
13:12 6 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz rayon Bozalqanlı kənd sakini Ceyhun Əsədov Yusif Sadıqov adına kənd orta məktəbində istiliyin dayandırılması ilə bağlı Qafqazinfo-ya müraciət edib.

Onun sözlərinə görə, noyabrın 15-dən dekabrın 30-na kimi məktəbdə istilik olub: "Uşaqlar bayram tətilinə buraxılandan sonra isə istiliyi kəsiblər. "Azəristiliktəchizat"ın rayon şöbəsinin nümayəndəsi dedi ki, məktəbin 120 min manat borcu var. Bu borc ödənilməsə, istilik verilməyəcək. İndi bu havada 1200 şagird soyuqda qalıb. Məktəbdən deyirlər ki, odun sobası alın. İndi hansı dövrdə yaşayırıq ki, istilik ola-ola odun yandırılsın? Təhsil Nazirliyi məktəbə istiliyin yenidən verilməsi üçün 120 min manat borcu ödəməlidir" .

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR