Azərbaycan dəmir yolları ilə bayram günlərində 37380 nəfər sərnişin daşınıb

Azərbaycan dəmir yolları ilə bayram günlərində 37380 nəfər sərnişin daşınıb
13:13 6 Yanvar 2016
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bayram günlərində (28 dekabr 2015-ci ildən 4 yanvar 2016-cı ilə kimi) ölkə daxilində hərəkət edən sərnişin qatarlarına və Bakı-Tbilisi sürət qatarına əlavə 104 vaqon qoşulub. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, ümumilikdə, bayram günlərində, 8 gün ərzində, ölkə daxilində hərəkət edən sərnişin qatarları və Bakı-Tbilisi sürət qatarı ilə 37380 nəfər sərnişin daşınıb.

Qeyd edək ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi yeni 2016-cı il ərəfəsində gucləndirilmiş iş rejimi tətbiq olunub, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulmasını təmin edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR