Dünyada mobil internet istifadəçilərinin sayı iki milyard nəfərə çatacaq

Dünyada mobil internet istifadəçilərinin sayı iki milyard nəfərə çatacaq
13:16 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

“IDC” analitik şirkətinin hesablamasına görə, 2016-cı ildə dünyada mobil internetin auditoriyası iki milyard nəfərə çatacaq. Bu rəqəm  3,2 milyard nəfərlik ümumi internet istifadəçilərinin yarısından çoxunu təşkil edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “www.ilenta.com” resursuna istinadən yazır ki, sonrakı illər ərzində istifadəçilərin sayında illik artım orta hesabla 2 faiz təşkil edəcək, internetə yalnız mobil qurğular vasitəsilə daxil olanların payı isə 25 faizə yüksələcək.
 
Lakin “IDC” analitiklərinin fikrincə, bu müddət ərzində internetə daxil olmaq üçün yeni üsul yaranacaq ki, bu da proqnozu dəyişə bilər. Bunlar internetə çıxışı hava şarlarının, pilotsuz uçan aparatların və peyklərin köməyi ilə təqdim etmək istəyən "Google”, “SpaceX” və “Facebook” şirkətlərinin təşəbbüsləri ola bilər. Məsələn, “Google” Hindistan hökuməti və “BSNL” operatoru ilə  ölkədə "Project Loon” layihəsinin istifadəyə verilməsi ilə bağlı razılıq əldə edib.
 
Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrində olduğu kimi olacaq.
 
Nizam Nuriyev  
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40592-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR