Yenə qar yağacaq?

Yenə qar yağacaq?
13:21 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Yanvarın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 isti, Bakıda gecə 0-2 isti, gündüz 7-9 dərəcə isti olacaq.
 
Yanvarın 7-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-7 şaxta, gündüz 4-9 isti, dağlarda gecə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 şaxta, gündüz 1-6 isti olacağı gözlənilir.

Paytaxt Bakı şəhərində yaxın günlərdə qar yağacağı gözlənilmir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR