Akademik Milli Dram Teatrında yeni təyinat

Akademik Milli Dram Teatrında yeni təyinat
13:28 6 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qurumun bədii rəhbəri və direktoru vəzifəsinə yeni təyinatla bağlı tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin kollegiyasının qərarına əsasən nazir Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru, Xalq Artisti Azərpaşa Nemət teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub. Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor vəzifəsinə təyin edilib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri teatrın kollektivinə təqdim edib.
Bildirilib ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə teatr binaları təmir olunur, yeni avadanlıqlarla təmin edilir. Qeyd edilib ki, dövlət başçısı 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında qanun”, 2007-ci ildə “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb, 2009-cu ildə isə “Azərbaycan teatrı 2009-2019-cu illər Dövlət Proqramı”nı təsdiq edib. Vurğulanıb ki, bu sərəncamlar və Dövlət proqramı Mədəniyyət və Turizm Nazirliyi qarşısında Azərbaycan milli teatr sənətinin inkişafı ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan işlərə, tədbirlərə təkan verib.
Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akademik_Milli_Dram_Teatrinda_yeni_teyinat-916378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR