Azərbaycan “TOP 10”a düşə bilmədi (VIDEO)

Azərbaycan “TOP 10”a düşə bilmədi (VIDEO)
13:36 6 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın “The Guardian” qəzetinin 2016-ci ildə tətil istirahətini keçirmək üçün ən yaxşı ölkələr siyahısında Azərbaycanın adının olmamasına Mədəniyyət və Turizm nazirliyindən cavab gəldi.

ANS TV-nin məlumatına görə, TOP-listdə Azərbaycanın adının olmamasına səbəb kimi isə ölkə iqtisadiyyatında yaşanan bir sıra çətinliklərin turizm sahəsinin də inkişafına mənfi təsir etməsi göstərilir.

Məsələyə münasibət bildirən Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, Azərbaycan il ərzində Avropa və digər ölkələrdə turizm sahəsini tanıtmaq üçün kifayət qədər işlər görüb. Bir çox nüfuzlu Avropa televiziya kanallarında və nəşrlərdə Azərbaycanın turizim potensialı ilə bağlı təbliğat kompaniyası aparıb. Bu nəşrin isə bir meyar olaraq götürülməsini düzgün saymır.

Turizim sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər isə bu sektorun daha da inkişaf etdirilməsi üçün, dünyada gedən iqtisadi vəziyyəti nəzərə almaqla qiymətlərə yenidən baxilmasını və göstərilən xidmət səviyyəsinin yüksəldilməsini məsləhət görür.

Qeyd edək ki, “The Guardian” qəzetində Gürcüstanın istirahət mərkəzləri, ildönümləri, xatirə tədbirləri keçirmək üçün ən münasib yerlərdən biri kimi göstərilir.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR