Səudiyyə Ərəbistanı-İran münasibətləri neftin qiymətinin ucuzlaşmasına təsir edir

Səudiyyə Ərəbistanı-İran münasibətləri neftin qiymətinin ucuzlaşmasına təsir edir
13:38 6 Yanvar 2016
55 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, Nihad Budaqov, AZƏRTAC 
Səudiyyə Ərəbistanı ilə İran arasındakı diplomatik əlaqələrin gərginləşməsi neftin qiymətinin ucuzlaşmasına təsir göstərir.
AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, iki ölkənin diplomatik əlaqələrinin gərginləşməsi neftin qiymətinin qısa müddətə bahalaşmasına səbəb olub. Həftənin əvvəlində 2 faizədək artan neftin qiyməti sonradan ucuzlaşıb. Hazırda isə “Brent” və “Layt” markalı neftlərin barrel qiymətləri 37 dollardan aşağı düşüb.
Analitiklərin fikrincə isə Səudiyyə Ərəbistanı və İran münasibətlərinin gərginləşməsinin neftin qiymətinə təsiri uzun müddət davam etməyəcək.
Səudiyyə Ərəbistanının neft hasilatı Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 31,2 faizini, İranın isə 8,21 faizini təmin edir. Hələ ki gündəlik 3 milyon barrel neft istehsal edən İranın sanksiyaların götürülməsi ilə hasilatı 4,5 milyon barrelədək artırması gözlənilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seudiyye_Arebistani_Iran_munasibetleri_neftin_qiymetinin_ucuzlasmasina_tesir_edir-916380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR