Böyük qar uçqunları Qərbi Gürcüstanda ciddi fəsadlara səbəb olub

Böyük qar uçqunları Qərbi Gürcüstanda ciddi fəsadlara səbəb olub
13:42 6 Yanvar 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Böyük qar uçqunları Gürcüstanın qərbində yerləşən Zuqdidi-Mestiya avtomagistralında hərəkəti iflic edib. "Report" xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Yol hərəkəti briqadaları və xilasedicilər qarın altında qalan insanları çətinliklə oradan çıxarıb. Bütün gecə boyu xilasetmə işləri aparılıb.
Məlumata görə, güclü qar yağışına görə, ölkənin digər magistral yollarında da nəqliyyatın hərəkəti çox çətinləşib. Bəzi yerlərdə isə ümumiyyətlə, nəqliyyatın hərəkəti praktiki olaraq mümkün deyil.
Qar yağışı davam etdiyindən Gürcüstanın qərbində qarın hündürlüyü artıq bir metrə çatıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR