Arda "Barselona"da debüt edə biləcəkmi?

Arda "Barselona"da debüt edə biləcəkmi?
13:42 6 Yanvar 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin ilk görüşlərinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutacaq.

Ən maraqla gözlənilən matçlar Əndəlus və Kataloniya derbiləridir. "Espanyol"u qəbul edəcək "Barselona" ilk dəfə türkiyəli futbolçu Arda Turanın xidmətindən istifadə edə bilər. Əndəlus derbisində isə "Sevilya" "Betis"in qonağı olacaq.
 
Azərbaycan yığmasının üzvü Eddi İsrafilovun komandası "Eybar" isə sabah meydana çıxacaq. Şəhərin eyniadlı təmsilçisi öz meydanında "Las Palmas"la üz-üzə gələcək.
 
 
İspaniya Kral Kuboku
1/8 final mərhələsi, ilk oyunlar
 
6 yanvar

15:00. "Atletik" - "Vilyareal"
19:00. "Mirandes" - "Deportivo"
19:00. "Valensiya" - "Qranada"
21:15. "Betis" - "Sevilya"
23:30. "Barselona" - "Espanyol"
01:05. "Rayo Valyekano" - Atletiko"
 
7 yanvar
23:30. "Kadiz" - "Selta"
23:30. "Eybar" - "Las Palmas"
 
Qeyd edək ki, bu mərhələnin cavab oyunları yanvarın 13-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR