BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə sınaqları ilə bağlı təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə sınaqları ilə bağlı təcili iclas keçirəcək
13:43 6 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
İlkin məlumata görə, BMT Təhlükəsizlik Şurasının qapalı iclası təşkilatın Nyu-York şəhərindəki mənzil-qərargahında yerli vaxtla 11:00-da keçirilməlidir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Təhlükəsizlik Şurasının təcili iclasının təşəbbüskarı Tokiodur. Yaponiya Şimali Koreya tərəfindən hidrogen bombasının sınaqlarının keçirilməsini qəbuledilməz sayır. Ölkənin Baş naziri Sindzo Abe bu addımı “BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ciddi təhdid” adlandırıb.
Xatırladaq ki, Şimali Koreya yanvarın 6-da hidrogen bombasını uğurla sınaqdan keçirdiyini bildirib. Son illər, daha dəqiq desək 2006, 2009 və 2013-cü illərdə KXDR üç nüvə sınağı keçirib. Buna cavab olaraq BMT Təhlükəsizlik Şurası Pxenyana qarşı müxtəlif sanksiyalar tətbiq edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_Tehlukesizlik_Surasi_Simali_Koreyanin_nuve_sinaqlari_ile_bagli_tecili_iclas_kechirecek-916386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR