Təhsil naziri Hacıqabulda vətəndaşları qəbul edəcək

Təhsil naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
13:53 6 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC 
Təhsil naziri Mikayıl Cabbarov yanvarın 11-də saat 11.00-da Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Biləsuvar, Salyan, Kürdəmir, Neftçala və Hacıqabul rayonlarının sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbulda qeyd edilən rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar yanvarın 6, 7 və 8-də nazirliyin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_naziri_Haciqabulda_vetendaslari_qebul_edecek-916391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR