Rusiya şirkətləri Azərbaycanın iş adamlarına əməkdaşlıq təklif edir

Rusiya şirkətləri Azərbaycanın iş adamlarına əməkdaşlıq təklif edir
13:53 6 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən şirkətlər Azərbaycanın iş adamları ilə əməkdaşlıqda maraqlıdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, quruma əməkdaşlıq təkliflərini Sankt-Peterburqda enerji, maşınqayırma, kimya sənayesi, əczaçılıq, logistika və ticarət sahələrində fəaliyyət göstərən şirkətlər göndərib. "REP Holdinq" QSC, "FARMA-VAM" QSC, "Sankt-Peterburq Əczaçılıq fabriki" ASC, "Plastpolimer" ASC, "Ezet" MMC, "Хармс" MMC, "Baltika-Trans" şirkətlər qrupu və digər qurumlar Azərbaycan ilə əməkdaşlıq etmək niyyətindədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_sirketleri_Azerbaycanin_is_adamlarina_emekdasliq_teklif_edir-916389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR