Baş nazir Səudiyyə Ərəbistanına səfərini təxirə saldı

Baş nazir Səudiyyə Ərəbistanına səfərini təxirə saldı
14:11 6 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın baş naziri Devid Kemeron səfər qrafikinə dəyişiklik edib.

ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, Kemeron Səudiyyə Ərəbistanına planlaşdırılan səfərini mart ayına qədər təxirə salıb. Britaniya baş naziri yaxın həftələrdə Fars körfəzi ölkələrinə işgüzar səfəri çərçivəsində Ər-Riyada da baş çəkməyi planlaşdırsa da, qərar təxirə salınıb.

Bununla belə, Devid Kemeronun səfəri təxirə salmasının şiə lideri Nimr əl-Nimrin edamı ilə əlaqədar regionda yaranmış gərginliklə bağlı olmadığı bildirilir. Amma səfərin vaxtının uzadılmasının dəqiq səbəbləri açıqlanmır.

Yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr əl-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra regionda siyasi vəziyyət gərginləşib.

Şeyxin edamına etiraz edən insanların İranda Səudiyyə Ərəbistanının səfirliyinə hücum etməsindən sonra isə iki ölkə arasında münasibətlər pisləşib. Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini və iranlı diplomatların ölkəni tərk etməsini bəyan edib.


İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR