Dəmiryolları 8 günə 37380 sərnişin daşıdı (FOTO)

Dəmiryolları 8 günə 37380 sərnişin daşıdı (FOTO)
14:11 6 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

28 dekabr 2015-ci ildən 4 yanvar 2016-cı ilə kimi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına və Bakı-Tiflis sürət qatarına əlavə 104 vaqon qoşulub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, yeni il günlərində gücləndirilmiş iş rejimi tətbiq olunub. Sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulmasını təmin edilib.

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilir. Rahat və ucuz nəqliyyat vasitəsi olduğundan vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

8 gün ərzində, ölkə daxilində hərəkət edən sərnişin qatarları və Bakı-Tiflis sürət qatarı ilə 37380 nəfər sərnişin daşınıb.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR