Nazir: Azərbaycanda sosial müavinətlərin artırılması üzrə təkliflər yanvarın sonuna hazır olacaq

Nazir: Azərbaycanda sosial müavinətlərin artırılması üzrə təkliflər yanvarın sonuna hazır olacaq
14:18 6 Yanvar 2016
80 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istehlak bazarında formalaşan yeni qiymətlərin əsasında sosial müavinətlərin məbləğinin artırılması üzrə təkliflər 2016-cı ili yanvarın sonuna hökumətə təqdim edəcək.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, müavinətlərin maliyyələşdirilməsi dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir, buna görə də bu məsələyə dövlət büdcəsinin proqnozlarına düzəlişlər edilərkən baxılacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR