Beynəlxalq Bank dollarla bağlı qərar verdi

Beynəlxalq Bank dollarla bağlı qərar verdi
14:26 6 Yanvar 2016
166 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ilin əvvəli ilə müqayisədə bu il Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərilərə təqdim etdiyi tariflər iki dəfə qalxıb.

ANS PRESS-in məlumatına görə, məsələ ABB-nin müştərilərə tarifləri dollar ekvivlentində təqdim etməsi ilə bağlıdır. Ötən il iki dəfə devalvasiyaya uğramış manat iki dəfə dəyər itirib və bunun nəticəsi olaraq bankın müştərilərdən tutduğu köçürmə və nağdlaşdırma, eyni zamanda karta xidmət haqları da iki dəfə artıb.

ABB-nin müştərilərə təqdim etdiyi tarif cədvəlindən fraqment:



Məsələn, bir il öncə - 2015-ci ilin yanvar ayında bir illik Viza Electron kart almaq istəyən müştəri banka 10 manat ödməli idi. Devalvasiyadan sonra isə bank bu məbləği dolların məzənnəsinə uyğun almağa başladı. Bankdan kartın alınması zamanı ABB-nin müştərilərə təqdim etdiyi tarif cədvəlində Viza Electron/Maestro kartının buraxılması üçün tələb edilən məbləğin 10 dollara bərabər olduğu göstərilir. Təbii ki, iki dəfə gerçəkləşdirilmiş devalvasiya nəticəsində qiymət təxminən iki dəfə artıb.

Beynəlxalq Bank müştərilərinin üzləşdiyi əsas çətinlik isə ABB-nin ATM və POS-terminallarından vəsaitin alınması zamanı baş verir. Bu zaman vətəndaşdan ümumi məbləğin 1%-nin tutulduğu bildirilsə də, minimal məbləğ 1 dollar göstərilir. Yəni bankomatdan 5 manat çıxaran adam da avtomatik 1,56 manat, yəni çıxardığı məğləğin 32%-i qədər pul itirir. Başqa bankın kartını təsadüfən ABB-nin ATM-inə salmış müştəridən isə avtomatik 3,5 dollar, yəni 5,5 manat ödəməli olur. Yəni kartında 11 manat olan adam həmin puldan yalnız 5 manat çıxara bilir, pulun qalanını isə ABB tutur.

ABB-nin müştərilərə təqdim etdiyi tarif cədvəlindən fraqment:



Təbii ki, ABB-dən bu addımın nağdsız ödənişlərin dəstəklənməsi məqsədi ilə atıldığı vurğulanır. Yəni POS-terminallar vasitəsi ilə alış-veriş zamanı ödənilən vəsaitdən pul tutulmur - bu isə kart sahiblərini nağdsız ödənişlərə yönəltməlidir.

Lakin Azərbaycan İqtisad Universitetinin professoru Zahid Məmmədov ANS PRESS-ə müsahibəsində bu kimi tədbirlərin nağdsız ödənişlərin artırılmasına heç bir təsir göstərmədiyini bildirir: “Mağaza və dükanların əksəriyyətində POS-terminallar işləmir, dükan sahibləri hər şeyi nağd satmaqda maraqlıdırlar. Əhali də buna görə pulu plastik kartlardan çıxarıb, nağd ödəməyə məcburdur və bu zaman xeyli pul itirir”.

Professor ABB-nin plastik kart tariflərinin dollara ekvivalentlə ödçülməsinin yaratdığı digər problemdən bəhs edir: “Tariflərin dollara bağlanması milli valyuta manatı hörmətdən salır, bankın müştərilərində milli valyutaya etibarı azaldır. Biz bütün alış-verişlərdə, həmçinin yığım vasitəsi kimi manatın işlədilməsinə çalışmalyıq. Ölkə şirkətlərinin tarifləri dollara bağlanması qanunla qadağan edilməlidir. Bu, maaşı manatla alan Azərbaycan vətəndaşlarının Konstitusiyada təsbit olunmuş hüququnun pozulması deməkdir. Ölkənin əsas qanununda bildirilir ki, Azərbaycan Respublikasında bütün ödənişlər manatla aparılmalıdır”.


Zahid Məmmədov - İqtisad Universitetinin professoru

Zahid Məmmədov dollara tələbat yaradan, həmçinin inflyasiyanı körükləyən bu cür halların qarşısını almaq üçün dövdət başçısı yanında xüsusi komissiya yaratmağı vacib sayır: “Komissiyaya Mərkəzi Bankın və İqtisadi İnkişaf Nazirliyinin təmsilçiləri, həmçinin bu sahənin ekspertləri daxil olmalıdır. Qiymətləri şişirdən, dollara tələb yaradan bu cür addımların qarşısı komissiya tərəfindən alınmaldır. Bu məsələdə beynəlxalq təcrübədə bir çox addımlar var. Məsələn, 1987-ci ildə Cənubi Koreya böhranla üzləşəndə ABŞ-da oxuyan bün koreyalı tələbələr geri döndü. Onlar ölkələri üçün əlavə dollar tələbi yaratmaq istəmədilər”.

Tariflərin idarə olunması üzrə Azərbaycan Türkiyənin də təcrübəsindən yararlana bilər. Türkiyə hökuməti daxili bazarda qiymətləri tənzimləmək üçün xüsusi siyasət yeridir və tarifləri həmişə əhalinin maaşlarına uyğunlaşdırır. Bu ölkədə hər hansı tarifin dollara uyğunlaşdırılması qeyri-mümkündür.

Bunun nəticəsidir ki, Türkiyə iqtisadiyyatında inhisarçıların xeyrinə işləyən idxal rejimi qurmaq mümkün olmur. Nəticədə, daxili bazar əsasən yerli istehsalla təmin edilir. Bu isə öz növbəsində əhalinin böyük hissəsinin işlə təmin edilməsinə imkan yaradır.

Azərbaycanlıların ən çox getdiyi ölkə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR