Serial ulduzunu və iki uşağını öldürdü, qaçdı - FOTO

Serial ulduzunu və iki uşağını öldürdü, qaçdı - FOTO
14:27 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Britaniyada populyar "EastEnders" serialının ulduzlarından olan aktrisa Sia Bleykin və onun iki övladının qatilinin axtarışları davam edir.

Sia ilə onun övladlarını - 8 yaşlı Zaxarini və 4 yaşlı Amonu dekabrın 13-dən sonra görməmişdilər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, polis qatili müəyyənləşdirib. Həmin şəxs aktrisanın sevgilisi Artur Simpson-Kentdir.

48 yaşlı qatilin  dekabrın 16-da aradan çıxdığı və Qanaya qaçdığı bildirilir.

Maraqlı olan digər məqam isə aktrisanın və övladlarının qətlə yetirilməsindən sonra 20 gün ərzində polisin onların cəsədlərini tapa bilməməsidir.

Halbuki ana və iki övladı Londonun cənub-şərqindəki Erit səmtində yerləşən evlərinin həyətində basdırılmışdılar.

Artur Simpson-Kentin sabiq arvadı Dominik Debilesin dediyinə görə, Artur narkomandır: "O, tez-tez kokain qəbul edirdi. Onun müxtəlif qadınlardan 8 övladı vardı. Nikahımız da boş vaxt itkisi idi. Çox qəddar, amansız insandır. Qızımız İsidanı da sürəki döyürdü, uşağın əsla qayğısına qalmırdı".
 

Milli.Az




















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR