Azərbaycandan Rusiyaya yarım milyon dollar aparan tutuldu

14:31 6 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Dağıstan prokurorluğu Azərbaycandan yarım milyon dollara yaxın pul çıxarmaq istəyən şəxs barədə məlumat yayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, K.Əliyev adlı şəxs 2015-ci ilin sentyabr ayında Azərbaycandan Rusiyaya qeyri-leqal yolla, yük maşınının kuzovunda 424 min ABŞ dolları keçirməyə cəhd edib.

Mətbuatda yer alan məlumata görə, o rusiyalı sərhədçilər tərəfindən yaxalanıb.

Məlumata görə, o maşının kuzovunda külli miqdarda dollarla yanaşı 4,5 milyon rubl (təqribən 96 min manat) da gizlədib.

K.Əliyev Dağıstanla Azərbaycan sərhədindəki Tahirkənd-Qazmalar sərhəd-keçid məntəqəsində saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb.

Yeni il ərəfəsində isə ona qarşı irəli sürülən ittiham təsdiqlənib.

Saxlanılan şəxs Dağıstan sakinidir. Onun cinayət işi Maqaramkent rayon məhkəməsinə göndərilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR