"Report": Dolların satış məzənnəsi yenidən artır

14:37 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bu gün, günün ilk yarısında Bakı şəhərinin mərkəzində yerləşən valyutadəyişmə məntəqələrində alış-satış əməliyyatları müvafiq olaraq 1,62-1,64 AZN/USD məzənnəsi ilə aparılırdısa, hazır satış məzənnəsi bəzi exchange"lərdə 167-170 AZN/USD-yə yüksəlib, alış qiyməti isə əsasən sabit qalıb.  
"Report"un analitik qrupu qeyd edir ki, günün ikinci yarısında da (15:30-da) AMB valyuta hərracı keçirməsə, daxili bazarda nağd ABŞ dollarının məzənnəsinin artacağını ehtimal etmək olar: "Bazarda real tələb olduğu halda, AMB bu gün hərrac keçirməsə, nağd məzənnənin sabit şəkildə 1,67 AZN/USD-ni keçəcəyi gözlənilir. Yaxın günlərdə cari tələbat qarşılanmasa, məzənnənin 1,70 AZN/USD-yə çatması mümkündür". 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR