Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-da "AtaSığorta" ASC və "Bakı Metropoliteni" QSC korporativ sosial məsuliyyət çərçivəsində Şağan qəsəbəsindəki 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün ilin ilk xeyriyyə aksiyasını - Yeni il bayramını təşkil edib.
"AtaSığorta" ASC-dən AZƏRTAC-a bildiriblər ki, uşaqlar Şaxta baba, Qar qızı və nağıl qəhrəmanları ilə birlikdə şənlənib, ən yaxşı mahnı və şeir müsabiqəsində iştirak ediblər. Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.
"Bakı Metropoliteni" QSC-nin marketinq şöbəsinin rəisi Lalə Babayeva və "AtaSığorta" ASC marketinq və kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev gələcəkdə bu cür tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd ediblər.