Zidanın maaşı bəlli oldu

Zidanın maaşı bəlli oldu
14:51 6 Yanvar 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

""Real Madrid"" komandasının yeni baş məşqçisi təyin edilən Zinəddin Zidanın maaşı məlum olub.

ANS PRESS-in “Mundo Deportivo” nəşrinə istinadla verdiyi məlumata görə, yeni baş məşqçinin illik əmək haqqı 2,5 milyon avro (4 milyon 199 min manat) olacaq.

43 yaşlı fransız mütəxəssis 4 yanvarda “Real Madrid” klubunun baş məşqçisi təyin edilib.

Zidanın ilk məşqinə 6 min azarkeş canlı olaraq tribunalardan izləyib.


Zinnədin Zidanın məşqçi kimi ilk görüntüləri


Klub prezidenti Florentino Perezin rəhbərliyi ilə keçirilən fövqəladə toplantıda idarə heyəti təcrübəli baş məşqçi ilə yollarını ayırıb.

Baş məşqçının İspan klubu ilə müqaviləsi 2018-ci ilə qədər qüvvədə olacaq.

Zinəddin Zidan 1998, 2000, 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu titulunu qazanıb. Fransa yığmasının tərkibində dünya çempionu (1998) və Avropanın (2000) çempionu olub.

Karyerası ərzində, 1988-1992-ci illərdə Fransanın "Kann", 1992-1996-cı illərdə "Bordo", 1996-2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001-2006-cı illərdə isə İspaniyanın "Real Madrid" klublarında çıxış edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR