Təbrizin "Traktorsazi" komandası ilə Səudiyyə Ərəbistanı klubu arasında oyunun keçiriləcəyi yer dəyişdirilib

Təbrizin "Traktorsazi" komandası ilə Səudiyyə Ərəbistanı klubu arasında oyunun keçiriləcəyi yer dəyişdirilib
14:57 6 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan gərginliklə əlaqədar bu ölkələrin "Əl Hilal" (Ər Riyad) və "Traktorsazi" (Təbriz) klubları arasında keçiriləcək futbol matçlarının yeri dəyişdirilib.
"Report"un "Daily News Egypt" dərgisinə istinadən verdiyi xəbərə görə, bu qərar Asiya Futbol Konfederasiyası tərəfindən Səudiyyə Ərəbistanı Futbol Federasiyanın təqdim etdiyi müraciətdən sonra qəbul olunub.
Belə ki, hər iki klub Asiya Çempionlar Liqası çərçivəsində əvvəlcə fevralın 24-ü Təbrizdə, sonra isə aprelin 19-da Ər Riyadda görüşməli idilər. Lakin hər iki görüşün yeri dəyişdirilib.
Oyunların harada keçiriləcəyi barədə hələlik qərar qəbul edilməyib.
Qeyd edək ki, Asiya Çempionlar Liqası çərçivəsində Ər Riyadı təmsil edən digər futbol klubu "Əl Nəsr" ilə İsfahanın "Zob Ahan" arasında da görüş keçirilməlidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/tebrizin-traktorsazi-komandasi-ile-seudiyye-erebistani-klubu-arasinda-oyunun-kecirileceyi-yer-deyi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR