Üç idmançımız Rio lisenziyası üçün Türkiyəyə gedir

Üç idmançımız Rio lisenziyası üçün Türkiyəyə gedir
14:57 6 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Taekvondo üzrə Azərbaycan milliləri təlim-məşq toplanışına start veriblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırlıqda məqsəd yanvarın 16-17-də Türkiyədə keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində uğurlu iştirakdır.

Artıq komandamızın İstanbula yollanacağı heyət də açıqlanıb. Radik İsayev (+87 kq) reytinq cədvəlinə əsasən, Rioya lisenziya qazandığından yığmamız səfərə 3 taekvondoçu ilə yollanacaq.

Belə ki, kişilərdən ibarət millimizin baş məşqçisi Reza Mehmandost Türkiyədə Avropa Oyunlarının qalibi, Dünya Kubokunun sahibi Milad Beigi Harçeqaniyə (80 kq) güvənməyi qərara alıb. Qadınlardan ibarət yığmamızın çalışdırıcısı Sun Mi Park isə Bakı-2015-in mükafatçıları - Patimat Abakarova (49 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcək.
 
Millimiz səfərə federasiyasının vitse-prezidentləri Nağı SəfərovNiyaməddin Paşayevin rəhbərliyi altında yanvarın 13-də yollanacaq. Komandamızın vətənə dönüşü 5 gün sonraya təsadüf edəcək. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR