TAP boru kəməri iqtisadi əhəmiyyətinə görə dünyanın əsas 10 layihəsinin siyahısında yer alıb

TAP boru kəməri iqtisadi əhəmiyyətinə görə dünyanın əsas 10 layihəsinin siyahısında yer alıb
14:58 6 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, Nihad Budaqov, AZƏRTAC 
“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi iqtisadi əhəmiyyətinə görə dünyanın əsas 10 investisiya layihəsinin siyahısına daxil edilib.
AZƏRTAC “ilsole24ore.com”a istinadla xəbər verir ki, TAP layihəsi həmin siyahıda 7-ci sırada qərarlaşıb. Siyahıda ilk yeri isə Yaponiyanın Osaka və Tokio şəhərləri arasında çəkilmiş maqnit dəmir yolu xətti layihəsi tutub. Bu, dünyanın ən bahalı dəmir yolu xəttidir.
Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR